Logo

Bu gün 24 mindən çox şagird buraxılış imtahanı verəcək

30.04.2022 09:01 333 baxış
IMG

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Bakının Nəsimi, Nərimanov rayonlarında, Naxçıvan MR-də, Bərdə, Cəlilabad (II hissə), Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, Qazax, Lerik, Sabirabad, Xaçmaz (II hissə) rayonlarında, Şəki şəhərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.

Dövlət İmtahan Mərkəzidən “Tehsil.biz”ə verilən xəbərə görə, imtahan saat 11:00-da başlanır.

İmtahanının başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Bu gün keçiriləcək imtahanda 24864 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 9 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək.

Xəbər lenti