Türkiyənin İzmir Katip Çelebi Universitetinin Neft-qaz mühəndisliyi kafedrasının dosenti Ali Ettehadi Bakı Ali Neft Məktəbinin qonağı olub.
Tehsil.biz xəbər verir ki, o, bir həftə müddətində BANM-in Neft-qaz mühəndisliyi kafedrasında tədris prosesində iştirak edib.
Ali Ettehadinin BANM-in tələbələri üçün ustad dərsi də təşkil edilib. Onun BAN tələbələri üçün Tədqiqat layihəsi metodlarına dair təqdimatı olub.
Qeyd edək ki, Ali Ettehadinin BANM-lə əməkdaşlığı Türkiyənin İzmir Katip Çelebi Universiteti ilə Erasmus+ tələbə və müəllim mübadilə proqramı çərçivəsində həyata keçirilib.