Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun növbəti elmi seminarı keçirilib.
Tehsil.biz xəbər verir ki, seminarda Biofizika şöbəsinin elmi işçisi Sənubər Bağırova “Polivinilpirrolidon əsaslı sulu məhlulların reoloji xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə polivinilpirrolidonun müxtəlif fraksiyalarının sulu məhlullarının xarakteristikaları izah olunub.
Polivinilpirrolidonun müxtəlif fraksiyalarının sulu məhlullarının xarakteristik özlülüyünə temperaturun, molekulyar kütlənin təsiri barədə məlumat verilib, Xaqqins əmsalı K və ikinci virial A əmsalı təyin edilib.
Daha sonra məruzəçi sualları cavablandırıb, aparılan təcrübələrin xüsusiyyətlərini izah edib.