Logo

Bakı Ali Neft Məktəbinin tələbələri 25 min manat investisiya qazanıblar

29.04.2022 10:49 445 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının III kurs tələbələri Hüseyn Abızadə və Fərhad Ağayev "SABAH.lab" proqramının 25 min manatlıq ilkin investisiyasını qazanıblar.

Tehsil.biz xəbər verir ki, BANM tələbələrinin  6 ildən çox təcrübəyə malik professional stilist və "Parcha" brendinin yaradıcısı  Aysel Sadıqova ilə birlikdə təqdim etdikləri "Clother" startapı  şopinq təcrübəsinin ən asan yolunu təqdim edir.

“Clother" komandası ilkin investisiya haqqını aprelin 21-də  "SABAH.lab" proqramı çərçivəsində keçirilən "Demo Day"də uğurlu çıxışa əsasən mentorlar və İdarə Heyəti tərəfindən dəyərləndirilərək əldə edib.

Qeyd edək ki, BANM tələbələri "Azerbaijan 500 ASAN Startup" proqramını uğurla başa vurduqdan sonra "SABAH.lab" proqramına qəbul olmuşdular. "SABAH.lab" Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil İnstitutunun dəstəyi ilə fəaliyyətə başlayıb. "SABAH.lab"ın əsas məqsədi Azərbaycanda və regionda innovasiyaların əsasını qoymaq, iqtisadi inkişafa təkan vermək üçün ölkədə rəqabətli ekosistem yaratmaq və sahibkarlıq ruhunu yüksəltməkdir.

Xəbər lenti