Logo

İsraildə 11 aylıq təcrübə proqramına müraciət edən gənclərə imtahan keçirilib

29.04.2022 00:48 442 baxış
IMG

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi (AİCAT) aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün yeni təcrübə proqramına müraciət edən gənclər üçün imtahan keçirilib.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) baş tutan imtahanda tələbələrin dil və dünya görüşü bilikləri yoxlanılıb.

Qeyd edək ki, 2022-ci ilin avqustundan 2023-cü ilin iyununa kimi davam edəcək təlimdə iştirakçılar Aravadakı fermaların ərazisində təşkil edilən şəhərcikdə yaşayacaq və fermerlərin mentorluğu ilə innovativ əkinçilik texnikası ilə tanış olacaq, tədqiqat layihələrində iştirak edəcəklər.

Proqrama müraciət üçün son tarix 30 aprel 2022-ci ildir.

Xəbər lenti