Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsi ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə fakültələrarası basketbol yarışının (oğlanlar və qızlar arasında) final oyunlarını təşkil edib.
ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, oğlanlar arasında final oyunu Tarix və coğrafiya fakültəsi ilə İncəsənət və fiziki tərbiyə fakültəsinin komandaları arasında keçirilib. Yekunda Tarix və coğrafiya fakültəsinin komandası birincilik qazanıb.
Qızlar arasında basketbol yarışının final oyununda isə Riyaziyyat və Fizika fakültələrinin komandaları üz-üzə gəlib. Gərgin yarışın sonunda Fizika fakültəsinin komandası qalib olub.
Qeyd edək ki, ümumi hesabda Kimya və biologiya fakültəsinin komandaları həm oğlanlar, həm də qızlar arasında üçüncü yerə çıxıb.