Logo

Sabah riyaziyyat fənni üzrə vebinar təşkil ediləcək

28.04.2022 18:58 353 baxış
IMG

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, növbəti vebinar aprelin 29-u saat 17:00-da riyaziyyat fənni üzrə “Ədədlər və əməllər, cəbr və funksiyalar, məzmun xətti üzrə məsələlərin həlli” mövzusunda keçiriləcək.
 
Vebinarda spiker qismində 20 nömrəli məktəb-liseyin təlim-tərbiyə üzrə direktor müavini Gülüstan Vəliyeva çıxış edəcək.
 
Qeyd edək ki, vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

Xəbər lenti