Logo

"Ailə dəyərləri və ənənələr" mövzusuna həsr olunmuş tədbir keçirilib

28.04.2022 17:23 313 baxış
IMG

Bakı şəhəri 17 nömrəli tam orta məktəbdə "Məktəblinin dostu" layihəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Ailə dəyərləri və ənənələr" mövzusuna həsr olunmuş tədbir keçirilib. 

Tehsil.biz xəbər verir ki, maarifləndirici təlim Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin məsləhətçisi Nərgiz Sədrəddinbəyli tərəfindən aparılıb. Tədbirdə məktəbin müəllim heyəti, şagirdlər və valideynlər iştirak edib.

Nərgiz Sədrəddinbəyli təlimdə “Ailə nədir?”, “Ailə dəyərlərinin uşaqlara aşılanmasında valideyn və müəllimlərin rolu”, “Azərbaycan dövlətinin ailə siyasəti” mövzularının yer aldığı təqdimatla çıxış edib.

Təlimin sonunda çıxışçı şagirdlərin və valideynlərin suallarını cavablandırıb.

Xəbər lenti