"Yüksəliş" müsabiqəsinin ümumi biliklər üzrə onlayn imtahanında maksimal 100 balı toplayan Sərvər Rüstəmov BDU-nun məzunudur.
Tehsil.biz xəbər verir ki, Mehdiabad qəsəbə 1 saylı orta məktəbin tarix müəllimi Sərvər Seyran oğlu Rüstəmov Qax rayonunda anadan olub. Orta təhsilini 2006-cı ildə başa vurub.
630 bal toplayaraq BDU-nun Tarix fakültəsinə daxil olub. 2006-2010-cu illərdə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.