Logo

10 paytaxt məktəblisi “Ən yaxşı təqdimat” müsabiqəsində fərqlənib

28.04.2022 10:14 340 baxış
IMG

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində 10 paytaxt məktəblisi fərqlənib.

Tehsil.biz xəbər verir ki, IX-XI sinif şagirdləri arasında təşkil olunan “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 3 nəfər I, 2 nəfər II, 2 nəfər III dərəcəli diplomla, 3 nəfər isə “Tərifnamə” ilə təltif olunub.

Bakı şəhəri 83 nömrəli məktəb-liseyin XI sinif şagirdi Əli Altay, 234 nömrəli tam orta məktəbin X sinif şagirdi Ləman Şamiyeva, 287 nömrəli “Zəkalar” liseyinin X sinif şagirdi Nəzrin Ağazadə I dərəcəli, 53 nömrəli tam orta məktəbin XI sinif şagirdi Xədicə Əsgərova, 116 nömrəli tam orta məktəbin IX sinif şagird Fidan Babaxanova II dərəcəli diploma layiq görülüblər. Paytaxtdakı 27 nömrəli tam orta məktəbin X sinif şagirdi Zəhra Rzayeva, 192 nömrəli tam orta məktəbin X sinif şagirdi Səkinəbəyim Cəfərova III dərəcəli diplom, 47 nömrəli tam orta məktəbin XI sinif şagirdi Nigar Şirinova, 191 nömrəli tam orta məktəbin IX sinif şagirdi Leyla İsmayılova, 261 nömrəli məktəb-liseyin X sinif şagirdi Şəhla Nəsirzadə isə “Tərifnamə” ilə təltif edilib.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd ulu öndərin zəngin siyasi irsinin, şərəfli ömür yolunun və çoxşaxəli fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da genişləndirilməsindən, həmçinin məktəblilərin özünüifadə bacarıqlarına yiyələnməsinin stimullaşdırılmasından ibarətdir.

Xəbər lenti