Logo

“Sülhü birgə formalaşdıraq!” mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

27.04.2022 17:32 291 baxış
IMG

Bakı şəhəri 20 nömrəli məktəb-liseydə “Məktəblinin dostu” layihəsi və Azərbaycan YUNESKO Klublarının birgə təşkilatçılığı, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun məktəbləri arasında keçirilən “Sülhü birgə formalaşdıraq!” mövzusunda rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.

Tehsil.biz xəbər verir ki, tədbirdə “Məktəblinin dostu layihəsinin rəhbəri  Səməd Rzazadə, Azərbaycan YUNESKO Klubları  Assosiasiyasının rəhbəri Cahangir Hacıyev, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi Aysel İbrahimli, məktəblinin dostları və şagirdlər iştirak ediblər. 

Qonaqlar bu müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışarkən bildiriblər ki, belə müsabiqələr uşaq və gənclərdə sülh mədəniyyəti anlayışının formalaşdırılması, xalqlar və insanlar arasında dostluq münasibətlərinin qurulması ilə yanaşı, xüsusi istedada malik olan uşaqları aşkarlamaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə də dəstək verir. 

Tədbirdə, həmçinin şagirdlər mahnı ifaları və rəqslərlə çıxış ediblər. 

Qeyd edək ki, müsabiqə üç yaş qrupu üzrə (6-9, 10-14, 15-17 yaşlı)  uşaq və gənclər arasında keçirilib. Hər yaş qrupu üzrə 3 qalib müəyyən olunub.

Xəbər lenti