Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) futbol çempionatına start verilib.
UNEC-dən bildirilib ki, Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil edilən futbol çempionatı 15 iyun- Milli Qurtuluş Gününə həsr edilib.
Sonda qalib komandalar mükafatlandırılacaq. Birinci yerə kubok və 500 manat, ikinci yerə 300 manat, üçüncü yerə isə 200 manat veriləcək.