Logo

“Refleksiv müəllim” layihəsi çərçivəsində növbəti seminar təşkil edilib

27.04.2022 12:48 355 baxış
IMG

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən “Refleksiv müəllim” layihəsi çərçivəsində növbəti seminar Albert Aqarunov adına 154 nömrəli tam orta məktəbdə keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, Azərbaycan dili fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulan seminarda məktəbin ibtidai sinif müəllimi Sevil Əliyeva “Bir qalanın sirri” mövzusu üzrə dərs icmalı təqdim edib.

İcmal əsasında faktoloji suallar vasitəsilə mətndə əsas məlumatların aşkarlanması, hekayədə hadisələrin davamının təxmin edilməsi, müəllimin dərsdə istifadə etdiyi müxtəlif üsullar, dərsin düzgün planlaşdırılması məsələləri ətrafında müzakirələr aparılıb. Mütəxəssislər daha təkmil formada dərs icmalı hazırlamaqla bağlı rəy və tövsiyələr veriblər.

Qeyd edək ki, metodik dəstək göstərilən bütün məktəblərdə “Refleksiv müəllim” seminarının keçirilməsi planlaşdırılır.

Xəbər lenti