Logo

AzTU-nun professor-müəllim heyəti üçün elmmetriyaya həsr olunan seminar keçirilib

27.04.2022 10:48 470 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət, logistika və marketinq", "İqtisadiyyat və statistika" kafedralarının professor-müəllim heyəti üçün "Elmmetriya və elmmetrik verilənlər bazası: Web of Science, Scopus" mövzusunda seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, tədqiqat və inkişaf şöbəsinin müdir müavini Nağı Qasımovun moderatorluğu ilə keçirilən seminar onlayn formada təşkil olunub.

Seminarda elmmetriyanın tarixi haqqında məlumat verilib, həmçinin “Web of Science” elmmetrik bazasının müəlliflər üçün əsas üstünlükləri və faydaları slaydlar vasitəsilə izah olunub.

Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, belə seminarların AzTU-nun digər fakültələrinin professor-müəllim heyətinin iştirakı ilə mütəmadi olaraq təşkili nəzərdə tutulur.

Xəbər lenti