Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanında aşağı nəticə göstərən abituriyentlərin qəbul imtahanında iştirak etmək haqqının olub-olmaması məsələsinə aydınlıq gətirib.
Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, buraxılış imtahanında (əvvəlki illərin məzunları isə buraxılış imtahanı formatında keçirilən əlavə qəbul imtahanında) topladıqları baldan asılı olmayaraq, abituriyentlər I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edə bilirlər.