Logo

"Hamı öz evinə yaxın yerdə işləmək istəyir, amma o qədər vakansiya olmur"

26.04.2022 19:29 1525 baxış
IMG

“Müəllimlərin yerdəyişməsi bəlli bir prosedurla yerinə yetirilir”.

Tehsil.biz xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “QəbuldASAN” verilişində deyib.

Nazir bildirib ki, bu zaman biz məsafə məsələlərini nəzərə almırıq:

"Əsasən müəllimlərin diaqnostik qiymətləndirmədə, işə qəbulda və ya yerdəyişmədə göstərdiyi nəticələr nəzərə alınır. Bu, niyə belədir? Çünki bir çox müəllimlər daha az rəqabətli olan ucqar kənddəki yeri seçir, iki aydan sonra Təhsil Nazirliyinə gəlir ki, ora uzaqdır, necə gedim, yerimi dəyişin evimin yanındakı məktəbə. Bu zaman bir bütün vətəndaşlarımıza qarşı ədalətli davrana bilmirik".

Təhsil nazirinin sözlərinə görə, yerdəyişmə daha çox hərbçi, şəhid ailələri olmadığı təqdirdə müəllimlərin bilik-bacarıqları nəzərə alınmaqla həyata keçirilir:

"Məsafə olaraq hamı öz evinə yaxın yerdə işləmək istəyir, amma o qədər vakansiya olmur, ya da evin yanındakı məktəbdə həmişə vakansiya olmur”.

Xəbər lenti