Logo

“Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib

26.04.2022 18:00 363 baxış
IMG

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Bakı Slavyan Universitetinin tərəfdaşlığı ilə şəhidlərimizin xatirəsinə həsr olunan “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə ərsəyə gəlmiş, telejurnalist Afət Telmanqızının ssenari müəllifi olduğu, Aprel döyüşlərində şəhid olan XTQ-in kapitanı Mühüd Orucova həsr olunan “Vətən borcu” adlı filmin təqdimatı olub.

Universitetin foyesində BSU-nun Vətən müharibəsində şəhid olan məzunu Elnur Allahverdizadənin əl işlərindən ibarət fotoqrafiya sərgisi də nümayiş olunub.

Tədbirdə millət vəkilləri, QHT sədrləri, KİV nümayəndələri, şəhid ailələri, qazilər, universitetin tələbə və müəllim heyəti iştirak edib.

Xəbər lenti