Logo

ATMU-nun əməkdaşları Anadolu Universitetində beynəlxalq tədbirdə iştirak ediblər

26.04.2022 17:09 581 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əməkdaşları Turizm və qonaqpərvərlik fakültəsinin tyutoru Mina Bağırova, Keyfiyyət təminatı şöbəsinin Monitorinq və keyfiyyətə nəzarət bölməsinin baş mütəxəssisi, Mehmanxana və restoran biznesi kafedrasının baş müəllimi Firuzə Raşova “Erasmus+” layihəsi çərçivəsində Türkiyənin Anadolu Universitetində təşkil olunan beynəlxalq tədbirdə iştirak ediblər.

ATMU-dan məlumat bildirilib ki, tədbir çərçivəsində Anadolu Universitetinin Turizm fakültəsinin dekan müavini Ali Çevik, “Erasmus+” proqramı üzrə koordinatoru Engin Bayraktaroğlu, Beynəlxalq şöbənin məsul əməkdaşı Lili Feng ilə keçirilən görüşdə ATMU-nun əməkdaşları pandemiya dövründə turizmin inkişafının və davamlılığının təmin olunması məsələlərinə münasibət bildiriblər.

ATMU təmsilçilərinin bu tədbirdə iştirakı turizm təhsilində diqqətçəkən yeniliklər, tədris metodları, o cümlədən ATMU və Anadolu Universitetinin turizm fakültəsinin professor–müəllim heyəti arasında fikir və təcrübə mübadiləsinin təşkilinə təkan veriləcək.

Xəbər lenti