Logo

“Məhəmməd İqbalın urdu ədəbiyyatındakı yeri” mövzusunda elmi seminar

26.04.2022 13:22 386 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində “Məhəmməd İqbalın urdu ədəbiyyatındakı yeri” mövzusunda elmi seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, seminarın məruzəçisi, İran filologiyası kafedrasının baş müəllimi Aygün Aslan qeyd edib ki, Məhəmməd İqbal təkcə XIX-XX əsr Hindistan və Pakistan ədəbiyyatının, xüsusən bu ədəbiyyatın urdu qolunun mütəfəkkir şəxsiyyəti deyil, ümumşərq ədəbiyyatı kontekstində fərqlənən böyük sənətkardır. Orta əsrlər Şərq poeziyasının ənənələrinə sadiq  olan Məhəmməd İqbal fars, ərəb, urdu, ingilis, alman dillərində əsərlər yazıb. O, Əfqanıstanda, Türkiyədə, Orta və Yaxın Şərq ölkələrində və Avropada olduqca məşhurdur. Təsadüfi deyil ki, ədibin ədəbi və fəlsəfi-estetik irsi Pakistan və İrandan sonra ən çox Türkiyədə öyrənilir, tədqiq edilir.

Aygün Aslan daha sonra müasir urdu ədəbiyyatını və buradakı son ədəbi prosesləri də geniş təhlil edib.

Seminar mövzu ilə bağlı müzakirələrlə davam edib.

Xəbər lenti