Logo

"Məktəb liderliyi" proqramına sənəd qəbulu davam edir

26.04.2022 12:31 522 baxış
IMG

Gələcəkdə dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün “Məktəb liderliyi" proqramına sənəd qəbulu davam edir. 

Tehsil.biz xəbər verir ki, proqramda iştirak etmək istəyən şəxslər 1 may 2022-ci il tarixinədək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://forms.gle/sJFBtxYezrrGsgWy5

Proqrama ümumi təhsil müəssisələrində çalışan və 5 ildən az olmayan pedaqoji staja malik ali təhsilli şəxslər müraciət edə bilər.

Qeyd edək ki, proqram Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji inkişaf mərkəzi ilə birgə həyata keçirilir. 

Proqramın məqsədi müasir çağırışlara cavab verən məktəb liderlərinin hazırlanmasıdır.

3 ay davam edəcək proqram çərçivəsində məktəbin idarə olunması və liderlik, tədrisin təşkili və idarə edilməsi, təhsildə qiymətləndirmə, məktəbdə heyətin idarə edilməsi və məktəbdə ünsiyyətin təşkili və idarə edilməsi mövzularında həftədə iki dəfə (cümə və şənbə günləri) olmaqla təlimlər keçiriləcək.

Proqramla bağlı əlavə suallar üçün [email protected] elektron ünvana yaza bilərsiniz. 

Xəbər lenti