Logo

Müəllimlərin NƏZƏRİNƏ: Apellyasiya müsahibələrinə başlanılır

26.04.2022 11:50 494 baxış
IMG

Aprelin 26-dan etibarən dövlət ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin apellyasiya müsahibələrinə başlanılır.

Tehsil.biz xəbər verir ki, müddətsiz müqavilə əsasında çalışmaq istəyən namizədlərin apellyasiya müsahibələri 26-27 aprel tarixlərini əhatə edəcək.

Onlayn keçirilən müsahibələrdə iştirak edən namizədlərin müvafiq komissiya tərəfindən peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq yoxlanılacaq.

Müsahibəyə qoşulmazdan əvvəl namizədlərə şəxsi səhifələrində yerləşdirilən təlimatla tanış olmaq və müsahibə zamanı qeyd olunan qaydaları nəzərə almaq tövsiyə olunur.

Xəbər lenti