ADU-nun Frankoniya Mərkəzinin təşkilatçılığı ilə Frankofoniya həftələri çərçivəsində “Fransa və Azərbaycan mədəniyyəti” mövzusunda müsabiqə keçirilib.
Tehsil.biz xəbər verir ki, müsabiqədə Təhsil-2 fakültəsi və Tərcümə fakültəsinin tələbələri iştirak etmişdir. Hər biri beş nəfərdən ibarət 3 komanda təşkil olunub. Müsabiqə üçün 30 sual tərtib olunub ki, onlardan 10-nu Fransa, 10-u Azərbayca, 10 sual isə video şəklində həm Fransa, həm də Azərbaycana aid idi.
Müsabiqədə 4 nəfərdən ibarət münsiflər heyəti ADU-nun Frankofoniya Mərkəzinin mütəxəssisi və müsabiqənin təşkilatçısı f.e.n Şahismayıl Süleymanov, Fransız dili və mərkəzinin müdiri, prof. Əsgər Zeynalov, baş mütəxəssis Cəmilə Xaspoladova və Fransanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Elizabet Juste iştirakçılarının cavablarını dəyərləndirmiş və Tərcümə fakültəsinin tələbələri birinci yerə layiq görülüblər.
Birinci yerə layiq görülən komanda diplom və hədiyyələrlə ikinci, üçüncü yeri tutanlar iştirakçı kimi fəxri fərmanla təltif olunublar.
Birinci yeri tutan komandanın üzvlərininin siyahısı:
1.Əhmədzadə Leyla
2.Allahverdiyeva Alik
3.Əsədova Nəzrin
4.Məmmədova Ləman
5.Məmmədova Təhminə