Logo

Bakı Ali Neft Məktəbində Breyn Rinq turniri

25.04.2022 21:00 452 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) İntellektual Oyunlar Klubu "Mirabilia" adlı Breyn Rinq turniri keçirib.

Tehsil.biz xəbər verir ki, 19 komandanın yarışdığı turnirin açılışını BANM-in rektoru Elmar Qasımov edib. İştirakçıların dünyagörüş və bilik səviyyəsinin yoxlanıldığı turnirə Ali Məktəbin 100-dən çox tələbə və məzunu qatılıb.

Turnirin təşkilatçıları BANM-in İntellektual Oyunlar Klubunun sədri Hüseyn Abızadə, Breyn Rinq komandasının kapitanı Xalid İsmayılov və Həsən Abbaslıdır.

Breyn Rinq turnirinin 2 turluq müstəqil hakimləri isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İntellektual Oyunlar Klubunun "Maqnat" komandasının üzvləri Toğrul Qurbanlı, Kənan Bağırov, Ayxan Əhmədzadə və Məhəbbət Əmənova olub.

Turnirin qalibi Veteranlar liqasının üzvü SSİOK komandası, Veteranlar liqasının qalibi “Hextech”, Gənclər liqasının qalibi isə “Brainest” komandası olub.

Xəbər lenti