Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası ilk ərazi təşkilatı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri arasında “Heydər Əliyev iqtisadi irsinin öyrənilməsi” mövzusunda məqalə müsabiqəsi keçirəcək.
Bu barədə "Tehsil.biz"ə UNEC-dən bildirilib.
Qeyd olunub ki, müsabiqə iştirakçıları məqalələrini İstiqlaliyyət 6 ünvanında yerləşən YAP ilk ərazi təşkilatına aprelin 30-dək təqdim edə bilərlər.