Logo

“Ustadla görüş” idman layihəsi çərçivəsində növbəti görüş keçirilib

25.04.2022 20:05 364 baxış
IMG

Aprelin 25-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Karyera Mərkəzinin təşkilatçılığı ilə “Ustadla görüş” idman layihəsi çərçivəsində  sabiq  boksçu, Afina Yay Olimpia Oyunlarının bürünc mükafatçısı,  əməkdar idman ustası, IBA-nın  beynəlxalq dərəcəli hakimi Fuad Aslanovla görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə “İdmanın təkmübarizlik növləri” kafedrasının ixtisasçılarından ibarət tələbə və professor-müəllim heyəti iştirak edib. Fuad Aslanov  görüş zamanı iştirakçılara boks idman növünün dərinlikləri, idmana gəlişi və karyerası ərzində qarşılaşdığı çətinliklər, eləcə də üzləşdiyi problemlərin həll yolları, qazandığı nailiyyətlər və uğura gedən yoldan bəhs edib.

Daha sonra Fuad Aslanov tələbələrin suallarını cavablandırıb, onlara tövsiyələrini verib.

İdman işləri üzrə prorektor Fərid Mansurov Fuad Aslanova öz təcrübəsini tələbələrlə bölüşdüyü üçün təşəkkürünü bildirib. O bildirib ki, layihənin əsas məqsədi bədən tərbiyəsi və idman sahəsində maarifləndirmə işinin artırılması və gələcək mütəxəssislərə dəstək olmaqdır.

Xəbər lenti