Logo

BDU-nun voleybol və stolüstü tennis komandaları qalib olub

25.04.2022 18:19 442 baxış
IMG

Yasamal rayonu ərazisində yerləşən ali təhsil müəssisələri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş voleybol və stolüstü tennis turnirləri keçirilib.

Tehsil.biz xəbər verir ki, turnirin təşkilatçıları Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal rayon Gənclər və İdman İdarəsi və YAP Yasamal rayon təşkilatıdır.

Bakı Dövlət Universitetinin qızlardan ibarət voleybol komandası turnirin finalında Azərbaycan Dövlət Pedaqoji Kollecinin komandasına qalib gələrək I yeri qazanıb.

BDU-nun stolüstü tennis komandası da finalda Azərbaycan Dövlət Pedaqoji Kollecinin komandasına 5-1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turnirlərdə BDU-nun komandası ilə yanaşı, Memarlıq və İnşaat Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texniki Universiteti və digər ali təhsil müəssisələrinin komandaları iştirak ediblər.

Xəbər lenti