Logo

Bu məktəbdə müəllim və şagirdlərin həyatı üçün təhlükə var - VİDEO

25.04.2022 17:52 372 baxış
IMG

Goranboyun Bağçakürd tam orta məktəbi qəzalı vəziyyətdədir.

Tehsil.biz Xəzər TV-yə istinadən xəbər verir ki, məktəbin divarlarında çatlar, döşəmədə iri yarıqlar əmələ gəlib, pəncərələrin bəzilərinə sellofan çəkilib.

Günbəgün böyüyən Bağçakürd kəndində şagirdlərin sayı da artır. Nəticədə kəndin məktəbində də sıxlıq yarandığından müəllimlər məcburiyyətdən taxta konstruksiyalı yararsız siniflərdə dərs keçməli olurlar.

Məktəbdə qış aylarında siniflərin normal isidilməsi də mümkün olmur. Döşəmədə iri yarıqlar, divar və tavanın uçuq-sökük hissələri buna imkan vermir.

Goranboy rayon Təhsil Şöbəsindən bildirildi ki, məktəbdəki vəziyyət barədə Təhsil və Fövqəladə Hallar nazirliklərinə, eləcə də Rayon İcra Hakimiyyətinə məlumat verilib.

Qeyd edək ki, Bağçakürd tam orta məktəbində ikinövbəli olmaqla 307 şagird təhsil alır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xəbər lenti