Logo

Uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları Azərbaycan çempionatında yüksək nailiyyət əldə edib

25.04.2022 14:50 405 baxış
IMG

17 yaşadək yeniyetmə idmançılar arasında sərbəst və Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilib.

Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, həmin yarışlara qatılan “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandasının üzvləri və uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları sərbəst güləş üzrə  4 qızıl, 2 gümüş,  4 bürünc, Yunan-Roma güləşi  üzrə  isə 6 qızıl, 4 gümüş, 4 bürünc olmaqla, ümumilikdə 24 medal qazanıb.

Xəbər lenti