Logo

İcra başçısı Respublika ifa müsabiqəsində Gəncəni təmsil edəcək yeniyetmə ilə görüşüb

25.04.2022 14:12 335 baxış
IMG

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin birinci kurs tələbəsi Qulamov Fərid Fuad oğlu ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, Fərid Qulamov Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” Respublika ifa müsabiqəsində Gəncə şəhərini təmsil edəcək. 

Niyazi Bayramov Fərid Qulamovla söhbət edərək, onun təhsili ilə maraqlanıb, ona gələcək yaradıcılıq fəlaiyyətində uğurlar arzulayıb. 
Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən “Sən elə bir zirvəsən” Respublika ifa müsabiqəsinin zona birincisi olan Fərid Qulamov sabah Bakıya yola düşəcək. 

Qeyd edək ki, Fərid Qulamov Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” Respublika ifa müsabiqəsində ikinci yerə layiq görülüb. O, Gəncə şəhərində təşkil olunan bir çox mədəni-kütləvi tədbirlərdə də uğurla çıxış edir.

Xəbər lenti