Logo

Yaz sessiyasında nə qədər tələbə təhsil krediti alıb? - AÇIQLAMA

25.04.2022 13:36 513 baxış
IMG

Yaz sessiyasında Təhsil Tələbə Krediti almaq üçün müraciət edən tələbələrin statistikası açıqlanıb.

Tehsil.biz Təhsil Tələbə Krediti Fonduna istinadən xəbər verir ki, bu günə qədər yaz sessiyası dövründə 3342 tələbə kredit almaq üçün müraciət edib.

Müraciət 366-sı banka göndərilib, 695-i natamam olub, 416-sı emaldadır, 184 müraciətə isə imtina verilib.

Yaz sesssiyasında bu günə qədər 1681 tələbəyə kredit verilib. Bunlardan 588-i sosial TTK, 1093-ü isə standart TTK üzrə rəsmiləşdirilib.

Xəbər lenti