Logo

Müəllim və şagirdlər SUSUZ ayaqyolundan istifadə edir - Təhsil ocağında xoşagəlməz MƏNZƏRƏ (FOTOLAR)

25.04.2022 12:01 816 baxış
IMG

Şəmkir rayonunun Əhməd Cavad adına şəhər orta məktəbi yararsız vəziyyətdədir.

Tehsil.biz xəbər verir ki, adıçəkilən məktəbin biabırçı görüntüləri sosial şəbəkələrdə yayılıb.

Hazırda məktəbdə təxminən 1080 şagird təhsil aldığı bildirilir.

Qeyd olunub ki, pəncərə şüşələri sındığı üçün taxta və zeştlə bağlanıb deyə siniflər yarımqaranlıqdır.

Döşəmə bərbad, istilik sistemi normal işləmədiyi üçün siniflər elektrik sobası ilə qızdırılır. Siniflərin qapısı sınıq-salxaqdır. Şagirdlərə qışda soyuq olmasın deyə pəncərələrə politelen vurulub. 

Məktəbin içərisində müəllimlər, oğlan və qız şagirdlər üçün cəmi bir ədəd sanitar qovşaq var, onun da daimi suyu yoxdur, xadimə qablarla su daşıyıb gətirməlidir.

Sözügedən təhsil ocağının fotolarını təqdim edirik:

Xəbər lenti