Logo

Ümumi orta təhsil bazasında kolleclərə sənəd qəbulu yekunlaşır

25.04.2022 10:07 454 baxış
IMG

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu bu gün yekunlaşır edir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ərizələr aprelin 25-i saat 23:59-dək qəbul olunacaq. Aprelin 25-i saat 10:00-ə olan məlumata görə, 35 min 833 (Azərbaycan bölməsi -34 min 851; rus bölməsi - 982) abituriyent ərizəsini təsdiq edib.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və parolu ilə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər.

Sənəd qəbulu haqqında elanın tam mətni Mərkəzin saytında yerləşdirilib.

Xəbər lenti