2022-ci ilin 20 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı (KİM) ilə “Amerikada təhsil proqramları” mövzusunda seminar keçirilib.
Tehsil.biz xəbər verir ki, universitetin tələbə və magistrantlarının iştirak etdiyi seminarda MDU-nun Xarici dillər kafedrasının müəllimi Lalə Rüstəmova təqdimatla çıxış edib. Təqdimatda Amerika universitetlərində təhsil almaq üçün mövcud təqaüd proqramları barədə ətraflı məlumat verilib
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.