Logo

Pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrə kurikulum təlimi başlayır

24.04.2022 15:48 537 baxış
IMG

BDU-nun Filologiya fakültəsində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Dil və ədəbiyyatı müəllimliyi (Rus dili üzrə)” ixtisasları üzrə təhsil alan tələbələrə kurikulumdan təlimlər başlayır.

Tehsil.biz xəbər verir ki, təlimçi Sərxan Şahverdiyev tələbələrə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarına hazırlaşmaq üçün təlim boyu Azərbaycan Respublikasının Çərçivə sənədi – 2022 əsasında Kurikulum təlimi materiallarını tədris edəcək.

Təlimdə əsas məqsəd tələbələrə kurikulumla bağlı materialların dərindən mənimsədilməsi, müasir tədris texnologiyaları haqqında nəzəri və praktik biliklərin dərinləşdirilməsi və məzunların MİQ imtahanlarında uğurlu nəticə əldə etmələridir.  

Qeyd edək ki, onlayn şəkildə təşkil olunacaq təlimdə tələbələrin iştirakı ödənişsizdir.

Xəbər lenti