Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi aprelin 3-də keçirilən bir neçə sahə üzrə imtahanların nəticələrini elan edib.
Tehsil.biz xəbər verir ki, imtahanda 1 nəfər – Akademik Zərifə Əliyeva adına liseyin 2018-ci il məzunu 290 bal toplayıb. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.
Qeyd edək ki, bu imtahanlarda iştirakı nəzərdə tutulan 26 128 nəfərdən 2 115 nəfər imtahana gəlməyib. 15 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.