Logo

Karyera sərgisində tələbə və məzunlara 200-dən çox iş yeri təklif olunacaq

23.04.2022 12:27 394 baxış
IMG

Aprelin 26-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin məşğulluğunu artırmaq məqsədilə növbəti dəfə tələbə və məzunlar üçün karyera sərgisi keçiriləcək.

Bu barədə AzMİU-dan bildirilib.

Qeyd olunub ki, universitet rəhbərliyinin təşəbbüsü ilə 90-dan çox dövlət qurumu, özəl şirkət və müəssisə tələbə və məzunlara müxtəlif vakansiyalar üzrə ümumilikdə 200-dən çox iş yeri təklif edəcək.

Xəbər lenti