Logo

Bu kəndlərdə uşaq bağçası yoxdur - VİDEO

22.04.2022 23:19 491 baxış
IMG

Azərbaycanın bölgələrindəki bir çox kəndlərdə uşaq bağçaları ya yoxdur, ya da tikilsə də, istifadəyə verilməyib. 

Tehsil.biz Xəzər TV-yə istinadən xəbər verir ki, belə yerlərdən biri də Tovuzun Bayramlı kəndidir. Sakinlər bildirirlər ki, məktəbəqədər təhsil müəssisəsinin olmaması uşaqların təlim-tərbiyəsinə təsirsiz ötüşmür.

Oşxar vəziyyət qonşu Azaflı kəndində də yaşanır. Tovuz Rayon təhsil şöbəsindən isə bildirildi ki, rayondaümumilikdə uşaq baxçası olmayan 20-ə yaxın belə kənd var. 

Qaxın Qıpçaq və Qaysarlı kəndləri üçün  4 il əvvəl tikilən uşaq bağçası isə hələ də istifadəyə verilməyib. Bu kəndlərin sakinləri də övladlarının məktəbəqədər təhsildən uzaq qalmalarından narahatdılar. 

Məsələ ilə bağlı Qax rayon təhsil şöbəsindən deyildi ki, sözügedən bağça onların balansında deyil və yalnız Təhsil Nazirliyi tərəfindən istifadəsinə icazə verildikdən sonra fəaliyyət göstərə bilər.Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov isə xəbər ertəsinə bildirdi ki, qurum regionlarda məktəbəqədər təhsilin inkişafı ilə bağlı müvafiq işlər görür.

Cəsarət Valehovun sözlərinə görə, bütün yaşayış məntəqələrinin uşaq bağçaları ilə təmin olunması məsələsi nazirliyin diqqətindədir.

Xəbər lenti