Təhsil Nazirliyi Əlifba bayramının keçirilib-keçirilməməsi məsələsinə aydınlıq gətirib.
Tehsil.biz xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.
O bildirib ki, yeni tədris proqramları, eləcə də təhsilə daha erkən başlama öyrənməni daha çevik edir:
"Məsələn, 1-ci sinfə gedən uşaqlar artıq 1-ci yarımildə hərfləri öyrənib bitirirlər. Hətta məktəbəhazırlığa gedən uşaqlar 1-ci sinifədək hərfləri öyrənə bilirlər. Ona görə də bir neçə il bundan əvvəl olduğu kimi uşaqların hərfləri öyrənməsi ilə assosasiya olunan “Əlifba bayramı”nın may ayında geçirilməsinə lüzum qalmır".