Logo

AzTU ilə "Manas" Qırğızıstan-Türkiyə Universiteti arasında əməkdaşlıq inkişaf etdirilir

22.04.2022 18:26 413 baxış
IMG

Azərbaycan Texniki Universiteti (AzTU) ilə "Manas" Qırğızıstan-Türkiyə Universiteti arasında əməkdaşlıq inkişaf etdirilir. Əməkdaşlıq çərçivəsində iki universitet arasında onlayn görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev, "Manas" Qırğızıstan-Türkiyə Universitetinin rektoru Alpaslan Ceylan və hər iki universitetin nümayəndələri iştirak edib.

AzTU-nun rektoru Vilayət Vəliyev "Manas" Qırğızıstan-Türkiyə Universiteti ilə bir sıra ixtisaslar üzrə ikili diplom proqramları, müəllim və tələbə mübadiləsi, magistr və doktorantlarının dissertasiya işlərinin yazılmasında hər iki tərəfdən elmi rəhbərin təyin olunması və digər istiqamətlər üzrə əməkdaşlıq imkanlarını qeyd edib. Rektor Orhun Dəyişim Proqramı ilə bağlı əməkdaşlığın qurulmasının mümkünlüyünü də diqqətə çatdırıb.

"Manas" Qırğızıstan-Türkiyə Universitetinin rektoru Alpaslan Ceylan və universitetin nümayəndələri də çıxışlarında AzTU ilə qeyd olunan istiamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd ediblər.

Xəbər lenti