Müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin apellyasiya müsahibələrinin keçiriləcəyi tarixlər namizədlərin şəxsi səhifələrinə göndərilib.
İnsan Resursları Mərkəzindən "Tehsil.biz"ə verilən məlumata görə onlayn formatda və Microsoft Teams platforması üzərindən təşkil olunacaq müsahibələr 26-27 aprel tarixlərini əhatə edəcək.
Namizədlər elektron poçt ünvanlarına göndəriləcək linkə daxil olaraq müsahibəyə qoşula biləcəklər və link elektron poçt ünvanlarına müsahibənin keçiriləcəyi tarixdən bir gün əvvəl göndəriləcək. Həmçinin namizədlərin şəxsi səhifəsində onlayn müsahibəyə dair təlimat yerləşdirilmişdir, namizədlərə həmin təlimatla tanış olmaq və müsahibə zamanı qeyd olunan qaydaları nəzərə almaq tövsiyə olunur.