Logo

"İrəvan Müəllimlər Seminariyasının milli təhsilimizdə rolu və yeri" adlı seminar keçirilib

22.04.2022 11:45 561 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 72 nömrəli məktəb-liseydə "İrəvan Müəllimlər Seminariyasının milli təhsilimizdə rolu və yeri" adlı seminar keçirilib. 

Tehsil.biz xəbər verir ki, seminarda millət vəkili Fazil Mustafa, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi sektorunun müdiri Sevinc Rəsulova, tarix elmlər doktoru, professor Şikar Qasımov, müəllimlər və şagirdlər iştirak ediblər.

Seminardan öncə qonaqlar 72 nömrəli məktəb-liseyin Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan məzunlarının xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Qonaqlar, həmçinin İrəvan Müəllimlər Seminariyasına həsr edilmiş sərgiyə baxış keçiriblər.

Seminar Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr edilmiş seminarda şagirdlərin hazırladıqları videotəqdimat da nümayiş olunub.

Tədbirdə çıxış edən qonaqlar İrəvan Müəllimlər Seminariyasının təhsil, pedaqoji fikir, maarifçilik, milli mədəniyyət tariximizin və kimliyimizin parlaq səhifələrindən biri olduğunu vurğulayıb, təhsil tarixinin bu şərəfli səhifəsinin daha ətraflı öyrənilməsinin vacibliyindən bəhs ediblər.

Xəbər lenti