Logo

Məktəbli qız ikinci əl paltar sataraq “varlandı”

22.04.2022 10:18 378 baxış
IMG

Amerikalı bloqer Aksaila Enkvarius geyilmiş paltarlarını internetdə satmağa başlayıb.

17 yaşlı məktəbli qız anasına kollec təhsili üçün vəsait toplamaqda kömək etmək istədiyini, ona görə də qarderob əşyalarını “Depop” onlayn platformasında satmaq qərarına gəldiyini bildirib.

“Yarımçıq ailədən olduğum üçün mən hiss edirəm ki, bu yolla anamın borcunu ödəyə və mənim üçün etdiyi hər şeyə görə ona təşəkkür edə bilərəm”, - deyə qız bildirib.

Məktəblinin sözlərinə görə, nənəsi ona uşaqlıqdan əşyalara qulluq etməyi öyrədib. Ona görə də satılan bütün paltarlar yaxşı vəziyyətdə yeni sahiblərinə göndərilib. Beləliklə də, cəmi bir neçə ay ərzində Enkvarius 30 min dollardan çox pul qazanmağı bacarıb.

Mənbə: lenta.ru

Xəbər lenti