Logo

“Ölümsüzlər” kitabının təqdimat mərasimi keçirilib

21.04.2022 18:59 633 baxış
IMG

Xəzər  rayonu   Fuad Fərhadoğlu adına  230 saylı tam orta məktəbdə  2 Qarabağ  müharibəsində  şəhid  olan   Kazımov Əmir   İlham oğlunun həyatından bəhs edən  “Ölümsüzlər”  kitabının təqdimat mərasimi  keçirilib. 

Tədbirdə  şəhidin ailə üzvləri, Xəzr Raryon İcra Hakimiyyətinin nümayəndəsi  Teymur müəllim,   Xəzər rayon Ziyalılar  Cəmiyyətinin  sədri,  Xəzər rayon  Ağsaqqallar   Şurasının  üzvü,  Tarix  elmləri  doktoru  , professor  Səlimov Təvəkkül  , gənc şair  publisist  Elşad  Barat,  kitabın ərsəyə  gəlməsində maliyə dəstəyi olan  iş adamı   Sadiq  Cəfərov, bloger  Elçin Lənbəranski , şəhidin  dostları , ictimayyət  nümayəndələri , müəllimlər  və şagirdlər iştirak ediblər.  

İlk olaraq  tədbir  iştirakçılarına  məktəbin  foyesində   təşkil olunmuş  şəhid  məzunlarına  həsr edilmiş güşə haqqında məlumat verilib. Daha sonra  tədbir  iştirakçıları   şəhidin   oxuduğu    sinifdə  olublar. Şəhidin   şəxsi əşyalarından ibarət   təşkil olunmuş sərgiyə    baxıblar. 

Tədbiri  giriş sözü ilə   məktəbin direktor əvəzi Tamilla Yaqubova   açıq  elan edib   və  qonaqları salamlayıb. Dövlət  Himni  səsləndirildikdən sonra   44 günlük   Vətən müharibəsində  şəhid olan şəhidlər  bir dəqiqəlik  sükutla  yad ediliblər. Tədbirdə   məktəbin şagirdlərinin ifasında  şeirlər səsləndirilib,  ədəbi -bədii  kompozisiya nümunələri təqdim edilib. Şəhidin 6 yaşında  öz dilindən səsləndirdiyi  arzuları  vidoçarx  şəklində  nümayaiş   edilib.  

Arzuları  yarımçıq  qalmış şəhidlərimizin həyat hekayələrini   öz əsərlərində, şeirlərində  qələmə alan   gənc  şair   Elşad  Barat  tədbirin sonunda çıxış edib. 

 Porfessor  Təvəkkül  Səlimov tədbirin   əhəmiyyətindən  ,ölkə başçısının şəhid ailələrinə diqqət və qayğısından  danışıb. 

 Sonda  şəhidin atası  Kazımov İlham  kitabın ərsəyə  gəlməsində  zəhməti olan müəllifə  və  məktəb  rəhbərliyinə  dərin təşəkkürünü   bildirib. 

Xəbər lenti