Logo

Məktəb direktorunun müavininin təhsili yoxdur - "Emin Əmrullayev bu məsələyə aydınlıq gətirsin"

21.04.2022 18:11 3643 baxış
IMG

Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktor müavininin təhsili yoxdur. 

Tehsil.biz xəbər verir ki, bu barədə əməkdar jurnalist Azər Həsrət sosial şəbəkədə paylaşım edib. 

O, direktorun təsərrüfat işləri üzrə müavini İsmət Yusifovanın orta təhsil almadığını bildirib.

“Sizi bilmirəm, mən həqiqətən də şokdayam! Bir az bunu özünütənqid də hesab edə bilərsiniz. Çünki Almaz xanımın direktor olduğu məktəbdir. Təhsil Nazirliyi, necə ola bilər ki, orta təhsili belə olmayan birisi (heç ali, yaxud da orta ixtisas demirəm, adi orta təhsili deyirəm) məktəbdə direktor müavini işləyir? Özü də ali təhsilli vəzifəli şəxs qədər maaş alır? Ay təhsil başbilənləri, bura ferma deyil e, məktəbdir. Özü də Bakının tən ortasında, böyük məktəblərdən biridir. Necə olur ki, siz adi orta təhsili belə olmayan birisini gətirib məktəbə direktor müavini təyin edirsiniz? Əlində daşdan keçən ali təhsil diplomu olan yüzlərlə, bəlkə də minlərlə ixtisaslı kadr kənarda qaldığı halda? Çox istərdim ki, hörmətli təhsil nazirimiz Emin Əmrullayevin özü şəxsən bu məsələyə aydınlıq gətirsin. Eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsi, eləcə də məktəbin direktoru Almaz xanım", - deyə Azər Həsrət qeyd edib.

Xatırladaq ki, İsmət Yusifova 2004-cü ildən həmin sahədə çalışır.

Sözügedən məktəbin direktoru Azər Həsrətin həyat yoldaşı Almaz Həsrətdir. 

Xəbər lenti