Logo

BDU-nun Kimya fakültəsində akademik Vaqif Fərzəliyevlə görüş keçirilib

21.04.2022 17:15 552 baxış
IMG

Bakı Dövlət Universitetinin Kimya fakültəsində AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, kimya fakültəsinin  fəxri məzunu, akademik Vaqif Fərzəliyevlə görüş keçirilib.

Kimya fakültəsinin dekanı Fuad Kərimli akademik Vaqif Fərzəliyevin ömür yolu, elmi fəaliyyəti, AMEA-nın Aşqarlar Kimyası İnstitutu ilə Kimya fakültəsi arasında təhsil, eləcə də elm sahəsində birgə əməkdaşlıq haqqında tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə çıxış edən akademik Vaqif Fərzəliyev elm və təhsildə uğur qazanmağın yollarını açıqlayıb, təhsil-elm-istehsalat vəhdətinin ölkənin inkişafı üçün vacib şərtlərdən biri olduğunu vurğulayıb.

Tədbir diskussiya şəklində davam edib. Tədbirin sonunda Vaqif Fərzəliyevə fakültənin I kurs tələbəsi Səbinə İbrahimxəlilovanın  əl işi olan portret hədiyyə edilib.

Xəbər lenti