Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru Moon Jong Hyunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Universitetdən bildirilib ki, rektor professor Ədalət Muradovun iştirakı ilə keçirilən görüşdə UNEC ilə KOICA arasında əməkdaşlığın istiqamətləri haqqında fikir mübadiləsi aparılıb.
Həmçinin ali təhsilin rəqəmsallaşdırılması, rəqəmsal UNEC modelinə süni intellekt modulunun tətbiq edilməsi imkanları müzakirə olunub.