Logo

Şəhid məzun Manaf Bəhmənlinin məzarı ziyarət olunub

21.04.2022 15:33 478 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Tələbə Gənclər Təşkilatının üzvləri həmin fakültənin Riyaziyyat ixtisasında təhsil almış şəhid Manaf Bəhmənlinin məzarını ziyarət ediblər.

Tehsil.biz xəbər verir ki, tələbələr şəhid məzunun məzarı önünə gül dəstələri düzüb, ruhuna dualar ediblər.

Ziyarətdə şəhid Manaf Bəhmənlinin xatirəsi ehtiramla yad edilib, Universitetdə oxuduğu illərdə hər zaman ictimai fəallığı, yardımsevərliyi ilə seçildiyi, 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək sentyabrın 27-də şəhidlik zirvəsinə yüksəldiyi qeyd olunub.

Bildirilib ki, diqqətcil, gülərüz, vətənpərvər bir igid kimi tanınan Manaf Bəhmənlinin əziz xatirəsi yaddaşlardan silinməyəcək.

Xəbər lenti