Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin “Filologiya (Rus dili və ədəbiyyatı)” ixtisası üzrə təhsil alan IV kurs FL-118 qrup tələbələri Rus ədəbiyyatı tarixi kafedrası əməkdaşlarının iştirakı ilə ədəbi diyarşünaslıq və arxiv işləri üzrə tədris təcrübəsi çərçivəsində İçərişəhərdə yerləşən bir sıra muzeylərə və tarixi abidə komplekslərinə ekskursiya ediblər.
Tehsil.biz xəbər verir ki, təcrübə zamanı bələdçilər muzey və abidələr haqqında tələbələrə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.
Tələblər təcrübə zamanı topladıqları materialları öz gündəliklərinə qeyd ediblər.