Logo

UFAZ-da Fransa səfirliyi, ADNSU və Strasburq universiteti arasında əməkdaşlıq sazişi imzalanıb

21.04.2022 14:23 453 baxış
IMG

Aprelin 21-də Azərbaycan-Fransız Universitetində ADNSU, Strasburq Universiteti və Fransa səfirliyi arasında Doktronatura pilləsində təhsil alan tələbələrə Fransa hökumətinin təqaüdlərinin verilməsi ilə bağlı əməkdaşlıq sazişi bağlanıb.

Tehsil.biz xəbər verir ki, sənədi Fransanın Azərbaycandakı səfiri Zakari Gross, Strasburq Universitetinin Prezidenti Mişel Deneken və ADNSU-nun rektoru professor Mustafa Babanlı imzalayıblar.  

Qonaqları salamlayan UFAZ-ın İcraçı direktoru Vazeh Əskərov və baş katib Elizaveta Bydanova bu sazişin universitet üçün yeni başlanğıc olduğunu qeyd ediblər. 

Mərasimdə çıxış edən Zakari Qross bu sənədin UFAZ tələbələri üçün və Azərbaycan ilə Fransa arasında tədqiqat sahəsində yeni imkanlar açdığını bildirib. “Azərbaycanın tədqiqat sahəsində öz imkanlarını genişləndirməsi çox vacibdir və biz bu işə töhfə verməkdən böyük qürur duyuruq ", deyə səfir bildirib.

UFAZ-ın Tədqiqat Departamentinin rəhbəri professor Filip Turek bildirib ki, imzalanmış saziş ADNSU və Strasburq universtietlərinin birgə rəhbərliyi altında UFAZ tələbələrinin doktorantura pilləsində təhsil alması üçün mühüm bir başlanğıcdır. “Tələbələr doktorantura pilləsində təhsil alaraq hər iki ölkədə tədqiqat aparmaq imkanı əldə edəcəklər”. O, tədqiqat sahəsində əməkdaşlığa verdiyi dəstəyə görə ADNSU rektoruna və Fransa səfirliyinə təşəkkür edib. 

Xəbər lenti