Logo

GDU-da Elmi Şuranın növbəti iclası keçirilib

21.04.2022 12:17 377 baxış
IMG

Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib. 

Tehsil.biz xəbər verir ki, Elmi Şura öz işinə başlamazdan əvvəl rektor Yusif Yusibov çıxış edərək uzun illər universitetdə çalışan, bu ali təhsil ocağının ictimai-siyasi həyatında fəallıq gösərən və bu günlərdə  65 yaşı tamam olan pedaqoji fakultənin dekanı Bayram Apoyevi yubileyi münasibətilə təbrik edərək ona rektorluq adından Fəxri fərman, universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova isə xatirə hədiyyəsi verib.

Sonra rektor “Arximed-25” yeni texnologiyalar və innovasiyalar müsabiqəsinə təqdim edilən qurğuya görə Qızıl medala layiq görülən universitetin fizika kafedrasının dosenti Vaqif Rüstəmova həmin medalı təqdim edib.

Universitetin rektoru, professor Yusif Yusibov şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış etdikdən sonra müzakirələrə başlanılıb. Birinci məsələ “Akkreditasiya Komissiyasının tövsiyyələri ilə əlaqədar hazırlanmış fəaliyyət istiqamətlərinə uyğun yerinə yetirilmiş işlərin hesabatı” ilə universitetin İnnovasiyalar Departamentinin sədri Vasif Həsənovun, “Fakultələrdə payız imtahan sessiyasının yekunları ilə əlaqədar sənədlərin yoxlanması üçün yaradılmış komissiyaların ümumiləşdirilmiş məlumatı” ilə Tədris Departamentinin rəhbəri Elturan Yusifovun çıxışları dinlənilərək müzakirə edilib.

Sonra universitetin musiqi fənləri kafedrası və Magistratura şöbəsi müdirlərinin 5 illik hesabatları dinlənilərək müzakirə olunub. Hər iki hesabat Elmi Şura üzvlərinin çıxışlarından sonra qənaətbəxş hesab edilib.

Elmi Şurada riyazi analiz və botanika kafedralarının dosent elmi adını almağa dair vəsatətin qaldırılmasına baxılıb, ümumi pedaqoji kafedrasında boş olan dosent yerinə seçki keçirilib.

Xəbər lenti